Hansı borclar və nə qədər məbləğdə silinəcək? - ŞƏRH
Hansı borclar və nə qədər məbləğdə silinəcək?
Fərmanda nələr nəzərdə tutulub.
Prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kredit borclarına dair fərman imzalayıb. Fərmandan irəli gələn məsələlərin şərhini sizə təqdim edirəm.
Birincisi bu fərman yalnız fiziki şəxslərə şamil olunur, şirkət adına kredit götürənlərə aidiyyatı yoxdur.
İkincisi fərman iki hissədən ibarətdir, onun 1-ci hissəsinin əhatə dairəsinə 2012-ci ilin yanvarın 1-dən sonra götürülmüş 10000 dollaradək olan xarici valyutada olan kredit borcları daxildir və bu borcların qalıq məbləğinə kompensasiya tətbiq olunacaq. Dollarla olan borclara nəzərdə tutulan kompensasiya 2 qrupda təsnifləşdirilir və bu proses 2 mərhələni əhatə edəcək. Birinci mərhələdə 2012-ci ilin yanvarın 1-dən 2015-ci ilin fevral ayının 21-dək olan borclar üçün 2015-ci ilin 21 fevralına olan qalıq borcu hər 1 dollara görə 15 sent silinəcək. Yəni bu müddətdə 5000 dollar borcdan 750 dollar, 6000 dollar borcdan 900 dollar, 7000 dollar borcdan 1050 dollar, 8000 dollar borcdan 1200 dollar, 10000 dollar borcdan isə 1500 dollar silinəcək. İkinci mərhələdə 2015-ci ilin fevralın 22-dən həmin ilin dekabr ayının 21-dək olan borcların qalıq məbləği üçün hər 1 dollara görə 35 sent silinəcək. 2015-ci ilin 21 dekabrına olan qalıq borcu 5000 dollar olarsa 1750 dollar, 6000 dollar olarsa 2100 dollar, 7000 dollar olarsa 2450 dollar, 8000 dollar olarsa 2800 dollar və yaxud da həmin tarxidə olan yeni kredit üzrə borc 10000 dollar olarsa isə 3500 dollar silinəcək.
Fərmana görə maksimum silinən borc 5000 dollardan çox ola bilməz. Bu o deməkdir ki, 1 nəfərin müxtəlif banklardan 10000 dollaradək olan bir neçə borcu varsa, onun bütün borclar üzrə silinən məbləği 5000 dolları ötə bilməz. Eyni zamanda bu elə başa düşülməməlidir ki, hər kəsin 5000 dollarardək olan borcu silinəcək. Silinən borcun maksimum məbləği 5 000 dollar ola bilər.
Lakin fərmana görə kompensasiya məbləği hesablanan dollarla olan borcun yerdə qalan hissəsi restrukturizasiya olunacaq. Belə ki, dollarla olan və devalvasiya görə kompensasiya məbləği silindikdən sonra qaliq borc manata cevriləcək və borcluya həmin məbləğdə illik 1 faizlə 5 il müddətinə kredit verilərək borc bağlanacaq.
Fərmanınn 2-cı hissəsi manatla olan borcları əhatə edir və manatla olan kreditlərə kompensasiya deyil, onların restrukturizasiyanı nəzərdə tutur. Bu zaman kredit müqavilələri 2012-ci ilin yanvar ayının 1-dən sonra bağlanmalıdır və kreditlərin borcunun geçikməsi 365 gündən çox olmalıdır. Lakin manatla olan kreditlərə kompensasiya verilməyəcək, onlar yalnız restrukturizasiya olunacaq. Yəni məbləği 17000 manatadək olan manatla götürülmüş problemli kreditlərin qalıq məbləğinə 5 il müddətinə illik 1 faizlə kredit veriləcək və borc bağlanacaq.
Nəhayət, fərmanının tətbiqi üçün 3 ay müddət ayrılıb. Bu müddət ərzində bocların bir hissəsi silinməli, digər hissəsi restrukturizasiya olunmalı və məhkəmədə olan işlərə görə banklar iddialarını geri götürməlidirlər.
Əgər kimlərsə xarici valyuta ilə borclarının çox hissəsini ödəyibsə, onlara da eyni qaydada kompensasiya hesablanacaq və borc bağlanacaq. Kompensasiya məbləği bağlanmış borc məbləğindən çox olduğu halda həmin fərq fiziki şəxslərin sərəncamına veriləcək. Yəni əgər siz 10000 dollar kredit götürüb onun 7000 dollarını ödəmisinsə, sizin kompensasiya məbləğiniz isə 4000 dollardısa onda 1000 dollarlıq fərq (4000-3000) sizə geri ödənilicək.