Sosial iqtisadiyyat

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 10 % artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9 % artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın iyul sayında açıqlanan ilkin rəqəmlərdə deyilir.

Bu ilin yanvar-iyun aylarında yeyinti məhsullarının ixracı 19,1 % artaraq 564,7 milyon ABŞ dollarına bərabər olub.

Cari ilin altı ayında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7,4 milyon ABŞ dolları və ya 54,4 %, kimya sənayesi məhsulları 48,7 milyon ABŞ dolları və ya 38,7 %, meyvə-tərəvəz 81,2 milyon ABŞ dolları və ya 24,3 %, pambıq iplik 1,8 milyon ABŞ dolları və ya 16,6 %, qara metallar və onlardan hazırlanan məmulatlar 5,1 milyon ABŞ dolları və ya 12,5 %, çay 62,5 min ABŞ dolları və ya 2 %, alüminium və ondan hazırlanan
məmulatlar 666,8 min ABŞ dolları və ya 0,7 % artıb.

Bu ilin yanvar-iyun aylarında aqrar məhsulların ixracı 21,9 % artaraq 455,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı 7,7 % artaraq 145 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,2 % artaraq 600,3 milyon ABŞ dolları təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)