Vakansiyalar

"Bank of Baku" işçi axtarır - VAKANSİYA

Texniki dəstək (Helpdesk) üzrə kiçik ekspert

Vəzifənin təsviri

Texniki dəstək (Helpdesk) üzrə kiçik ekspert bankın kompyuter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostika fəaliyyətinin həyata keçirilməsində birbaşa iştirak edir.

Əsas vəzifə və öhdəliklər

o Kompyuter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması
o İT infrastrukturunun qurulması, kompyuter və ofis texnikasının sazlanması
o Helpdesk proqramı vasitəsi ilə qəbul olunan müraciətləri əsas tutaraq Bankın istifadəçilərinin texniki dəstəklənməsi

Seçim meyarları

o Ali təhsil (informasiya texnologiyaları sahəsi üstünlükdür)
o Məlumatları bərpa edə bilmək, Active Directory (anlayış), şəbəkə qurğuları ilə işləmək bacarığı 
o Windows XP, 7, 10 (Server 2012, 2016 arzu olunandır), Microsoft Office 2010, 2013, 2016 proqramları ilə dərindən işləmək bacarığı
o Yaradıcı və analitik düşüncə tərzi

İş şərtləri

o İş yeri: Əməliyyat Mərkəzi 
o İş vaxtı: 5 iş günü, 09:00-18:00

Seçim prosesi

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri  subject bölməsində Texniki dəstək (Helpdesk) qeyd etməklə hr@bankofbaku.com mail ünvanına göndərə bilərlər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department