Vakansiyalar

"Bank Respublika" işçi axtarır - VAKANSİYA

“Bank Respublika” ASC Daxili Audit Departamentinə “Auditor” vəzifəsi üzrə vakansiya elan edir.

Ümumi vəzifə öhdəlikləri:

• İstehlak kreditləri sahəsində daxili nəzarət sistemlərinin mövcud olmasının, effektivliyi və adekvatlığının yoxlanılması və qiymətləndirilməsi; 
• Zəruri hallarda bankın daxili qaydaları, prosedurları və əsasnaməsində dəyişikliklərin edilməsi üzrə tövsiyələrin verilməsi; 
• Yoxlama obyektinə dair ehtimal olunan risklərin müəyyənləşdirilməsi;
• Kredit sahəsində audit testlərinin həyata keçirilməsi;
• Filiallarda kredit portfellərinin təhlili və monitorinqinin həyata keçirilməsi.

Namizədə qarşı tələblər:

• Ali iqtisadi və ya hüquqi təhsil;
• Daxili audit sahəsində və ya istehlak kreditləri üzrə kredit mütəxəssisi vəzifəsində ən azı bir il iş təcrübəsi; 
• Analitik düşünmə qabiliyyəti;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dilləri arzuolunandır;
• Excell proqramında işləmə bacarığı;
• Ünsiyyət qurma bacarığı;
• Öz fikirlərini yazılı şəkildə ifadə etmək bacarığı;
• Bankın filiallarına zərurət zamanı ezamiyyələrə gedə bilmək imkanı və istəyinin olması;
• Sürücülük vəsiqəsinin olması arzuolunandır.

Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 mart 2019-cu il tarixinədək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Auditor” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department