MALİYYƏ

Prezidentin fərmanından 850 min nəfər faydalanacaq

850 min nəfər prezidentin problemli kreditlərlə bağlı fərmanından faydalanacaq.

"Businessinsider.az" xəbər verir ki, İqtisadi İslahatlar Mərkəzinin rəhbəri Vüsal Qasımlı bildirdi ki, devalvasiya nəticəsində yaranan vəziyyətlə bağlı güzəştlər əhalinin maraqlarını əhatə edir, eyni zamand bank sisteminin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

V.Qasımlı bildirdi ki, ödənişləri etmiş şəxslər isə öz vəsaitlərini geri alacaqlar: "Həm problemli kreditlər məsələsini həll edəcəyik, həm də bankların likvidliyinə nail olacağıq. Bankların üzləşəcəyi açıq valyuta mövqeyilə bağlı problemin qarşısını almaq məqsədilə dollarla ifadə olunan qiymətli kağızlar buraxılacaq. Biz başqa ölkələrdəki təcrübəni də öyrənmişik və əmin olun ki, bu ən unikal mexanizmdir".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department