Hadisə

Tramp “Tehrandakı hər kəs dərhal təxliyə edilməlidir!” ABŞ milli təhlükəsizlik qrupu təcili toplandı

İsrail-İran gərginliyinin artması fonunda Kanadada keçirilən G7 Liderlər Zirvəsini erkən tərk etmək qərarına gələn ABŞ prezidenti Donald Trampın Ağ Evdə milli təhlükəsizlik komandasının təcili iclasının keçirilməsi əmri verdiyi bildirilir.

Amerikanın Fox News kanalında Ağ Ev rəsmisinə əsaslanan xəbərə görə, yerli vaxtla bu axşam Ağ Evə qayıdan Tramp milli təhlükəsizlik komandası ilə görüşəcək.

Tramp İsrail-İran gərginliyi ilə bağlı son vəziyyəti müzakirə etmək üçün Situasiya Otağında Milli Təhlükəsizlik Şurasının komandası ilə görüşəcək.

Hələlik Ağ Evdən məsələ ilə bağlı heç bir açıqlama verilməyib.

“Tehrandakı hər kəs dərhal təxliyə edilməlidir”
İsrail-İran gərginliyinin ən yüksək həddə çatdığı bir vaxtda ABŞ prezidenti Donald Tramp “Tehrandakı hər kəs dərhal təxliyə edilməlidir” deyib.

Truth Social hesabında İsrail və İran arasındakı gərginliklə bağlı yeni açıqlama verən Tramp bunları qeyd edib:

"İran söylədiyim müqaviləni imzalamalı idi. Bu, ayıbdır, böyük insanlıq itkisidir. İranın nüvə silahı ola bilməz. Mən bunu dəfələrlə demişəm. Tehrandakı hər kəs dərhal evakuasiya edilməlidir".

G7 Liderlər Zirvəsi üçün Kanadaya səfər edən Tramp son açıqlamasında "İranda nüvə silahı görmək istəmirəm və bunun üçün lazımi addımları atırıq" deyib. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)