Bank

AccessBank-da “Qızıl Şans” lotereyası davam edir!

10.06.25 Hər zaman müştəriyönümlü məhsul və kampaniyaları ilə seçilən AccessBank "Qızıl Şans" adlı stimullaşdırıcı lombard lotereyasını davam etdirir. Müştərilərə dəyərli hədiyyələr qazanmaq imkanı təqdim edən bu kampaniya 17 aprel 2025-ci ildən etibarən start götürüb və bu günə qədər artıq 2 000-ə yaxın yeni və mövcud müştəri lotereyaya qoşulub.

Tirajlarda yalnız 17 aprel – 15 avqust 2025-ci il tarixləri arasında (I tiraj) və 16 avqust – 19 dekabr 2025-ci il tarixləri arasında (II tiraj) lombard krediti rəsmiləşdirən müştərilər iştirak edə bilərlər. Hər 1 000 AZN məbləğində lombard krediti müqabilində 1 iştirak haqqı qazanılır. Hər tirajda 12 qalib təsadüfi seçim əsasında müəyyən ediləcək və onlara saf qızıl külçələr təqdim olunacaq.

Mükafatlar aşağıdakı kimidir:

  • I yer: 50 qram 999.99 əyyarlı qızıl (1 qalib)
  • II yer: 30 qram qızıl (2 qalib)
  • III yer: 20 qram qızıl (3 qalib)
  • IV yer: 10 qram qızıl (6 qalib)

Tirajlar müvafiq olaraq 28 avqust 26 dekabr 2025-ci il tarixlərində AccessBank-ın Baş ofisində keçiriləcək və bankın rəsmi Instagram, Facebook LinkedIn hesablarında canlı yayımlanacaq.

Əsas şərtləri bir daha xatırladaq:

  • Lotereyada yalnız 18 yaşdan yuxarı Azərbaycan vətəndaşları iştirak edə bilər.
  • Kampaniya yalnız lombard kreditlərinə aiddir.
  • Hər müştəri yalnız bir dəfə qalib ola bilər.
  • Kredit öhdəlikləri tam bağlanmamış müştərilərə uduş təqdim olunmur.
  • Qazanılan uduşların pul qarşılığı verilmir.

Qızıl külçə qazanmaq şansını qaçırmayın!

Lotereya ilə bağlı daha ətraflı məlumat “Qızıl Şans” kampaniyasının səhifəsində və AccessBank-ın sosial media platformalarında təqdim olunur.

 

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 22-i bölgələrdə olmaqla, 36 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

 

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

 

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)