Apple, developer konfransında yeni texnologiyaları elan etdi

Apple şirkəti WWDC illik developer tədbirində əməliyyat sistemi yeniləmələrini, eləcə də süni intellektdəki yeniliklərini paylaşdı.
Şirkət smartfonlar, saatlar, kompüterlər və planşetlər kimi cihazları üçün iOS 26, watchOS 26, tvOS 26, macOS 26, visionOS 26 və iPadOS 26 proqram yeniləmələrini elan edib.
Apple 2013-cü ildən bəri ilk böyük əməliyyat sisteminin yenidən dizaynını "Maye şüşə" adlandırıb.
Apple həmçinin smartfonun kilid ekranına gətirdiyi yeniliklərdən danışdı və musiqi tətbiqinə sözlərin tərcüməsi də daxil olmaqla yeni funksiyaların əlavə edildiyini açıqladı.
Apple həmçinin iPhone-ların naməlum nömrədən gələn zənglərə avtomatik cavab verəcəyi və zəng edəndən zəngin məqsədini soruşacağı "zənglərin yoxlanılması" funksiyasını da təqdim etdi.
Apple Intelligence yeni dillərdə dəstəklənəcək
Şirkət, keçən il elan etdiyi süni intellekt texnologiyası Apple Intelligence-ə gətiriləcək "canlı tərcümə" kimi xüsusiyyətlərlə ünsiyyətin asanlaşacağını ifadə etdi.
Şirkət, Apple Intelligence xüsusiyyətlərinin ilin sonuna qədər daha 8 dildə olacağını açıqladı və bu dilləri Danimarka, Hollandiya, Norveç, Portuqal, İsveç, Türk, Çin və Vyetnam dilləri olaraq sıraladı.