Birja

Dünya birjalarında - NEFTİN QİYMƏTİ (10.06.2025)

Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.27% artaraq 67.22 dollar/barel olub.

ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 bareli 0.20% artaraq 65.42 dollar təşkil edib. 

Bazarın ticarət gərginliyini azaltmaq və yanacağa tələbatın artmasına yol açmaq üçün ABŞ və Çin arasında danışıqların aparılmasını gözlədiyi bir vaxtda neft bir qədər yüksəldi.

Bazar ertəsi Brent markalı neftin barreli 67,19 dollara qalxaraq aprelin 28-dən bəri ən yüksək göstəricidir. Bu artımda ABŞ və Çin arasında mümkün ticarət razılaşması ilə bağlı gözləntilər təsirli olub.

ABŞ-Çin ticarət danışıqları ikinci gündür Londonda davam edir, burada yüksək səviyyəli rəsmilər gərginliyi azaltmağı hədəfləyirlər. ABŞ prezidenti Donald Tramp bazar ertəsi danışıqların yaxşı getdiyini və Londondakı komandasından "yalnız yaxşı hesabatlar" aldığını söylədi. ABŞ və Çin arasında ticarət razılaşması qlobal iqtisadi mənzərəni gücləndirə və bir çox mallara, o cümlədən neftə tələbatı artıra bilər.

Digər tərəfdən, İran ABŞ-ın "qəbuledilməz" kimi qiymətləndirdiyi nüvə sazişi təklifinə cavab olaraq tezliklə əks təklif təqdim edəcəyini də bəyan edib. Tramp isə öz növbəsində İranın öz torpaqlarında uranı zənginləşdirməyə davam edib-etməyəcəyi ilə bağlı tərəflərin hələ də fikir ayrılığının olduğunu açıqlayıb.

İran Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr arasında üçüncü ən böyük hasilatçıdır. ABŞ İrana qarşı sanksiyaları yumşaltsa, İran daha çox neft ixrac edə bilər, bu, qlobal xam neft qiymətlərinə təzyiq göstərə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)