Milana uçan təyyarə hava burulğanına düşdü

Berlindən Milana uçan təyyarə turbulentliyə (hava burulğanı - red.) düşüb, doqquz nəfər xəsarət alıb.
Bu barədə alman nəşri “Die Zeit” yerli polisə istinadən məlumat yayıb.
"Səkkiz sərnişin və bir ekipaj üzvü xəsarət alıb. Üç nəfər xəstəxanaya yerləşdirilib", - məlumatda bildirilib.
Qeyd olunub ki, təyyarədə 185 nəfər sərnişin olub.