Neftçala Sənaye Məhəlləsində 6 şirkət var

Neftçala Sənaye Məhəlləsində hazırda investisiya portfeli 63 milyon manatdan çox olan 6 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan 5-i fəaliyyət göstərir.
Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən məlumat verilib.
Bildirilib ki, indiyədək Neftaçala Sənaye Məhəlləsininin rezidentləri tərəfindən 228 milyon manatlıq məhsul satışı həyata keçirilib, bunun da 1,4 milyon manatlıq hissəsi ixracın payına düşür.
2025-ci ilin I rübü ərzində Sənaye Məhəlləsində 17,2 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqyisədə 6,3 dəfədən çoxdur.
Qeyd edək ki, sahibkarlar tərəfindən bugünədək görülən işlərə 50 milyon manata yaxın investisiya yatırılıb, 317 nəfərlik daimi iş yeri yaradılıb.