Statuslar

14 milyonluq tenderi udan texnoloji şirkətin adi saytı yoxdur

14 milyonluq tenderi udan texnoloji şirkətin adi saytı yoxdur

Bir neçə gün öncə maraqlı bir məlumat açıqlanıb. Keçmiş adı BTRİB olan “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) dövlət qurumu “DG Telecom” adında bir şirkətlə 14 milyon manatlıq müqavilə imzalayıb.

 

Eləcə də bax: Bakının telefon şəbəkəsinə böyük sərmayə - TENDERİN NƏTİCƏSİ AÇIQLANDI

 

Baktelecom Bakı və Bakıətrfaı ərazilərdə 130 000 abunəçi şəbəkəsinin qurulması və 80 000 mənzilin GPON texnologiyasının tətbiqi ilə telefonlaşdırılması üçün adı çəkilən quruma 14 milyon manat vəsait ödəyəcək. Bu məqsədlə tender keçirilib və “DG Telecom” tenderi udub.
Təxminən 25 ildir ki bu sektordayam. Belə bir İKT qurumu tanımadığımdan, istədim ki saytına baxıb dəqiqləşdirim. 

Məlum oldu ki nə bu qurumla bağlı hansısa bir rəsmi sayt var, nə də ki normal bir məlumat tapmaq olur.

Qəribədir ki, dövlət qurumu olan Baktelecom 14 milyon vəsait verməyə hazırlaşdığı bu telekommunikasiya və internet şirkətinə heç olmasa adi bir sayt hazırlatdıra bilməyib.

 

Osman Gündüz
Ekspert

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department