Neft OPEC+ öncəsi ucuzlaşır - QİYMƏT (27.05.2025)

Neft, Avropa İttifaqı ilə ABŞ arasında ticarət gərginliyinin OPEC+ qrupunun tədarük siyasəti ilə bağlı qərar qəbul etmək üçün keçiriləcək iclası ərəfəsində azala biləcəyi gözləntiləri ilə ucuzlaşır.
Brent markalı neftin barreli 64 dollar ətrafında, ABŞ xam nefti isə 61 dollar civarında satılırdı. Bazar ertəsi London və Nyu-Yorkda dövlət tətilləri səbəbindən ticarət sakit idi. Bir neçə gün əvvəl ABŞ prezidenti Donald Trampın tənqidindən sonra Brüssel ABŞ-la ticarət danışıqlarını sürətləndirməyə razılaşıb.
Trampın tarifləri və Çin kimi hədəf ölkələrinin cavab tədbirləri qlobal bazarları silkələyib. Neft qiymətləri ticarət gərginliyinin potensial mənfi təsirləri səbəbindən yanvarın ortalarından etibarən enmə tendensiyası nümayiş etdirir. Eyni zamanda, OPEC və müttəfiqlərinin dayandırılmış hasilatı bərpa etmək səyləri də qiymətlərə təsir edir.
Chaos Ternary Futures Co ilə əlaqəli tədqiqat institutunun analitiki Zhou Mi, "Xam neftdə uzunmüddətli eniş tendensiyası hələ də davam edir. Təchizat tərəfində OPEC+ hasilat məhdudiyyətlərini yumşaltmağa doğru irəliləyir, tələb tərəfində isə qlobal iqtisadiyyat tariflərin təzyiqi ilə üzləşir", -deyib.