Azərbaycanda haqsız rəqabətə dair müraciətlər 48% artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda bazar subyektlərinin haqsız rəqabət hallarına yol verməsi ilə bağlı Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə 59 müraciət daxil olub.
Agentliyin məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 48 % çoxdur.
Bildirilib ki, rəqabət mədəniyyətinin mövcud olduğu mühitdə şirkətlər bazar payı uğrunda mübarizədə daha çox məhsul və xidmətlərin keyfiyyətinin artırılması, innovativ yanaşmaların tətbiqi və istehlakçı məmnuniyyətinin yüksəldilməsi kimi müsbət həllərə üstünlük verirlər: "Bu isə yalnız haqsız rəqabət hallarının qarşısını almaqla kifayətlənmir, eyni zamanda ədalətli və şəffaf bazar mühitinin formalaşmasına da töhfə verir".