Vakansiyalar

"189 TAXİ" işçi axtarır - VAKANSİYA

189 TAXİ  Xidmətinə Mühasib tələb olunur

Tələblər

- Ali təhsili 
- Office, vergi  və muhasibatlıq proqramlarında  işləmə bacarığı 
- Mühasibat sahəsində ən az 3-5 il iş təcrübəsi (Xidmət və istehsalat sahələrində çalışanlara üstünlük verilir)
- Komandada işləmə bacarığı

İş  öhdəlikləri:

- Sənədlər əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək 
- Vergi hesabatlarının (Sadələşdirilmiş, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi 
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi 
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi 
- Debitor və kreditorlarla hesablaşmaların uçotunun aparılması
- İşçilərlə hesablaşmaların təmin edilməsi 
- Bank, Kassa, Əmək haqqı sənədlərinin işlənməsi
- E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi 
- Rəhbərliyin göstərişlərinin yerinə yetirilməsi

-------------------------------------
Ofis-şəhərin mərkəzində
6 günlük iş qrafikı, 9.00-18.00 
Əmək haqqı – müsahibə nəticəsi əsasında müəyyənləşdirilir
Nahar - şirkət tərəfindən verilir

Göstərilən tələblərə cavab verən namizədlər  öz CV-lərini mövzu yerinə mühasib yazmaqla hr@taxibaku.az elektron ünvanına göndərə bilərlər
Tel: 055 710 51 91,  012 565 30 55

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department