"Skype" bugündən bağlandı

Amerika texnologiya nəhəngi "Microsoft"a məxsus "Skype" video və audio kommunikasiya proqramı bu gündən etibarən xidmətlərini dayandırıb.
Səsli və video əlaqəni təklif edən Skype 20 ildən çox xidmət göstərdikdən sonra dayandırıldı.
Microsoft, 2003-cü ildə istifadəyə verilən və 2010-cu ildə 300 milyondan çox aktiv istifadəçiyə çatan tətbiqin xidmətini "müştəri ehtiyaclarına daha asan uyğunlaşmaq üçün" dayandıracağını açıqladı.
“Microsoft Teams” tətbiqi üzərində fokuslanacaqlarını bildirən şirkət, Skype-dan istifadəçi məlumatlarının avtomatik olaraq bu tətbiqə ötürüləcəyini bildirdi.