BİZNES

“PAŞA Həyat”da sədrin 1-ci müavini vəzifəsindən ayrılıb

“PAŞA Həyat” ASC-nin İdarə Heyəti sədrinin I müavini vəzifəsindən ayrılıb.

Məlumata görə,, bu, İbrahim Hüseynqulu oğlu İbrahimovdur. O, 2017-ci ildən sədrin I müavini idi.

Bununla da İdarə Heyətinin üzvlərinin sayı sədrlə birlikdə dördə düşüb.

Xatırladaq ki, “PAŞA Həyat Sığorta” şirkəti 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 40,25 mln. manatdır. Şirkətin səhmləri 100% daxil olduğu “PAŞA Holdinq” MMC-yə məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)