Birja

"Tesla"nın səhmləri "SEC-in unutqanlığı ilə" kəskin ucuzlaşıb

"Tesla" şirkətinin səhmləri, Elon Musk-ın şirkətlə bağlı məlumatları əvvəl SEC ilə bölüşəcəyinə dair bağladığı müqaviləyə tabe olmadığı səbəbilə edilən şikayətdən sonra kəskin dəyərdən düşüb. Səhmlər 4%-dən çox ucuzlaşıb. Musk, sənədin SEC-ə verildiyini, rəsmilərin bunu oxumağı unutduğunu söyləyərək, "utancverici" ifadəsini istifadə edib.

ABŞ Qiymətlər Kağızlar və Birjalar Komissiyası (SEC), bazar ertəsi günü məhkəməyə, "Tesla"nın İcraçı direktoru Elon Muskın 16 Oktyabrda komissiya ilə bağlanmış müqaviləni pozduğunu və bu səbəbdən də şikayət edərək tədbir görülməsini tələb edib.

"BI" xəbər verir ki, xəbərdən sonra "Tesla"nın səhmləri 4.11 faiz ucuzlaşıb və 300 dollardan aşağı düşüb.

"Bloomberg"də yer alan xəbərə görə, SEC, Mask-ın 19 Fevralda Tesla istehsalı haqqında açıqladığı "yalan" məlumatlarla komissiya ilə bağlanmış müqaviləni pozduğunu iddia edib.

Mask, "Tesla"nın 2019-da 500 min civarında elektrikli avtomobil istehsal edəcəyini açıqlamışdır.

SEC ilə bağlanmış müqavilə çərçivəsində isə Musk-ın Tesla investorları üçün müxtəlif nəticələr doğuracaq hər hansı bir məlumatı açıqlamamışdan əvvəl  SEC-dən icazə almasına qərar verilmişdi.

SEC-in şikayətinin ardından Musk, rəsmi "Twitter" hesabından verdiyi açıqlamada, "SEC Tesla-nın sözügedən istehsalın 350 min ilə 500 min arasında olacağına dair gəlir sənədini oxumağı unutmuşdur. Utancvericidir" deyib.

SEC forgot to read Tesla earnings transcript, which clearly states 350k to 500k. How embarrassing …

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)