Tesla-nın mənfəəti birinci rübdə 71 faiz azalıb

Tesla 2025-ci ilin yanvar-mart dövrü üçün balans hesabatını açıqladı.
Müvafiq olaraq, şirkətin gəliri ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 9 faiz azalaraq 19,3 milyard dollar olub. Tesla 2024-cü ilin birinci rübündə 21,3 milyard dollar gəlir əldə edib.
Elektrik avtomobil istehsalçısının xalis mənfəəti də ilin birinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə 71 faiz azalaraq 409 milyon dollar olub. Keçən ilin eyni dövründə Tesla-nın xalis mənfəəti 1,39 milyard dollar olub.
Şirkətin 2024-cü ilin birinci rübündə 41 sent olan səhm başına qazancı bu ilin eyni dövründə 12 sentə düşüb.
Tesla-nın gəliri və mənfəəti bu ilin birinci rübündə bazar gözləntilərindən aşağı olub.