BİZNES

Regional şirkət ləğvini elan edib

Azərbaycanda daha bir regional şirkət ləğvini elan edib.

Azərbaycanın Vergilər Nazirliyindən verilən məlumata görə, Şəmkir rayonunda yerləşən "Green Park Shamkir" MMC ləğvi barədə elan etdi.

"Kreditorlar öz tələblərini iki ay müddətində təqdim edə bilərlər: Şəmkir şəhəri, Sabir küçəsi, 75 ünvanında  irəli sürə bilərlər", - məlumatda belə deyilir.

“Green Park Shamkir” MMC Azərbaycanda ən iri özəl investisiya şirkətlərindən biri olan "Synergy Group" şirkətinin üzvüdür və əsasən bölgələrə investisiya yatırır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department