Aqrar

“Agrarco” şirkətinə yeni rəhbər təyin edilib

“Agrarco” MMC-yə baş icraçı direktor (CEO) təyin edilib.

Məlumata görə, yeni təyin edilən rəhbər Yəhyayev Şahmuraddır.

O, 2024-cü ilin mart ayından bu təyinata qədər “Agrarco” MMC-nin baş maliyyə inzibatçısı (CFO) olub.

Yəhyayev Şahmurad 2006-2010-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Marketinq üzrə bakalavr təhsili, 2011-2013-cü illərdə isə Xəzər Universitetində Mühasibat uçotu və audit üzrə MBA təhsili alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)