Gündəm

ADY-dən ayrılan department müdirinə yeni vəzifə verildi

“Azərbaycan Dəmiryolları” QSC-nin Təchizat departamentinin müdiri vəzifəsindən ayrılan Emil Pənahovun yeni iş yeri məlum olub.

Məlumata görə, o, bundan sonrakı fəaliyyətini “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”ndə (AZCON) davam edəcək.

Emil Pənahov sözügedən qurumda təchizat işlərinə rəhbərlik edəcək.

Qeyd edək ki, Emil Pənahov 2023-cü ildən ADY-də fəaliyyət göstərib və bu ay karyerasında yeni mərhələyə başlamaq üçün qurumdan ayrılıb. O, ADY-nin inkişafına mühüm töhfələr verib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)