"Dövlət qurumlarında əməkhaqqı dispraporsiyası var"

Azərbaycanda müxtəlif dövlət qurumlarında eyni funksiyanı daşıyan şəxslərin əməkhaqqı ilə bağlı ciddi dispraporsiya var.
Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatın müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, bu məsələ diqqət mərkəzindədir.