BİZNES

10 milyon manatlıq sifariş yenə "Azəri Med"ə verildi

Milli Onkologiya Mərkəzi "Azəri Med" MMC ilə növbəti dəfə böyük məbləğli müqavilə bağlayıb.

"BI" xəbər verir ki, müqavilə dərman, sarğı ləvazimatları və materiallarının alınmasını nəzərdə tutur.

Fevralın 19-da bağlanılmış müqavilənin məbləği 10 milyon 200 min manatdır.

Dövlət Satınalmaları reyestrində "Azəri Med" şirkətinin seçilməsi metodu haqqında məlumatlar yoxdur. 

Milli Onkologiya Mərkəzi (MOM) 2018-ci il avqustun 3-də də "Azeri Med" MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 milyon 120 min manatlıq müqavilə imzalamışdı.

2018-ci ildə Milli Onkologiya Mərkəzi "Azeri Med" MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair bir neçə maqavilə imzalamışdı.

Milli Onkologiya Mərkəzi, "Azeri Med" şirkətini "etibarlı və güclü tərəfdaş" hesab etdiyi üçün sifarişlərini bu  şirkətə verir.

"Azəri Med" şirkəti farmaseftik preparatların satışı ilə məşğul olur. Bu şirkət məşhur "Zəfəran" apteklər şəbəkəsinə də nəzarət edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)