Sığorta

Ən çox şikayət olunan sığorta şirkətləri hansılardır? - SİYAHI

Azərbaycan Mərkəzi Bankı 2024 aprel–2025 mart dövrü üzrə avtomobil icbari sığorta sahəsində şikayət indeksi sığortaçılar üzrə müştəri məmnunluğunu əks etdirən əsas göstəriciləri açıqlanıb.

ENA.az xəbər verir ki, “Paşa Sığorta” ASC 1.26 indeksi ilə siyahıya başçılıq edərək, bu dövrdə müştəri şikayətlərinə nisbətən daha yüksək səviyyədə qeydə alınmış sığortaçı olub. Onu “Atəşgah Sığorta” ASC 1.21 göstəricisi ilə izləyir. Bu iki sığortaçı hələ də yuxarı şikayət indeksinə sahibdirlər.

Ən aşağı şikayət göstəricilərinə sahib olan şirkətlər isə “Qala Sığorta” ASC (0.41) və “Azərbaycan Sənaye Sığorta” ASC (0.48) olub ki, bu da onların daha az müştəri narazılığı ilə qarşılaşdıqlarını göstərir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)