Gündəm

ABŞ Ticarət Palatası Trampın administrasiyasını məhkəməyə verir

ABŞ Ticarət Palatası Amerika liderinin əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarlarının icrasına mane olmaq üçün prezident Donald Trampın administrasiyasına qarşı məhkəmə iddiası qaldırmağı nəzərdən keçirir.

Bu barədə “Fortune” jurnalı mənbələrə istinadən yazıb.

Qeyd olunub ki, Nümayəndələr Palatası yeni tariflərin iqtisadi vəziyyətə təsirini nəzərə alaraq Trampın fövqəladə vəziyyət elan etməsinə etiraz edə bilər. İddia birliyin ən böyük üzvləri tərəfindən dəstəklənir.

Nəşr qeyd edib ki, məhkəmə prosesləri və nəticədə gömrük siyasətinin həyata keçirilməsinin müvəqqəti dayandırılması yeni rüsumların biznesə təsirindən narahat olan, lakin federal hakimiyyətin siyasətinə açıq şəkildə qarşı çıxmağa cəsarət etməyən şirkətlər üçün qoruyucu pərdə ola bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)