Gündəm

Tramp Çinə sabahadək vaxt qoydu

“Rəsmi Pekin sabaha qədər 34% tarif artımını geri götürməzsə, ABŞ Çinə 50% əlavə rüsum tətbiq edəcək”.

Bu haqda ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib.

ABŞ lideri qərar qəbul etmək üçün Çinə sabaha qədər vaxt verib:

“Çin sabah 8 aprel 2025-ci il tarixinə qədər onsuz da uzunmüddətli ticarət sui-istifadələrindən yuxarı olan 34% artımını geri götürməsə, ABŞ aprelin 9-dan etibarən Çinə 50% əlavə rüsumlar tətbiq edəcək!”

O, həmçinin qeyd edib ki, Çinin tələb etdiyi görüşlərlə bağlı bütün danışıqlar da dayandırılacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)