Sığorta

Azərbaycanda sığorta ödənişlərinin 71%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar ayında Azərbaycanda həyata keçirilmiş 17,156 milyon manat sığorta ödənişinin 12,239 milyon manatı və yaxud 71,3%-i 5 sığorta şirkətinin payına düşüb.

"BI" Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (5,787 milyon manat), "Atəşgah Sığorta" (1,801 milyon manat), "Atəşgah Həyat Sığorta" (1,788 milyon manat), "Atasığorta" (1,471 milyon manat) və "PAŞA Sığorta" (1,392 milyon manat) ASC-lərdir.

Ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Naxçıvan Sığorta" (0 min manat), "Bakı Sığorta" (15 min manat), "Amrah Sığorta" (20 min manat), "İpək Yolu Sığorta" (31 min manat) və "Rəvan Sığorta" (32 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 98 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,6%-i deməkdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)