BİZNES

Azərbaycanın real sektorunda biznesin İnam İndeksləri necədir? - CƏDVƏL

Azərbaycan Mərkəzi Bankı real sektor üzrə Fəallıq İndekslərini açıqlayıb.

İndekslərdə görünür ki, ötən ilin sonu ilə müqayisədə xidmət və pərakəndə ticarət sektorunda yanvar-fevral aylarında inam indeksləri aşağı düşüb. Sənaye və tikinti sektorlarında isə inam indeksi artıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə aşağıdakı vəziyyət hökm sürür.

Sektor

İnam indeksi, 2024, fevral       

İnam indeksi, 2025, fevral   

Sənaye

-4,4

9,8

Tikinti

-0,4

-0,1

Pərakəndə ticarət                

14,2

10,5

Xidmət

42,8

16,2

 

Qeyd edək ki, Sənayedə İnam İndeksi: 3 aylıq məhsul istehsalı – hazır məhsul ehtiyatı + istehsal gözləntiləri şəklində formalaşır.

Tikintidə İnam İndeksi: 3 aylıq icraya qəbul edilmiş sifarişlər + işçilərin sayının dəyişməsi gözləntiləri əsasında müəyyən edilir.

Pərakəndə Ticarət İnam İndeksi: 3 aylıq faktiki satış – mal ehtiyatlarının dəyişməsi + satış üzrə gözləntilər gesablanmaqla müəyyən edilir.

Xidmət İnam İndeksi: Biznes şəraiti + xidmət inam indeksi faktiki tələb + tələb gözləntisi əsasında formalaşır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)