Sosial iqtisadiyyat

Azərbaycanda riskli vergi ödəyicilərinin sayı kəskin azalıb

2024-cü idə Azərbaycanda riskli vergi ödəyiciləri siyahısına daxil edilmə halları 2023-cü illə müqayisədə 62 % azalaraq 2,4 minə düşüb

Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Bundan başqa, sənədə əsasən, ötən il 145,9 min vergi ödəyicisinin alış olmadan 263 min sayda 1 milyard 123,4 milyon manat məbləğində elektron qaimə-faktura təqdim etdiyi aşkar edilib. Əvvəlki il bunu etmiş vergi ödəyicilərinin sayı 187,7 min olub, 333,3 min sayda 1 milyard 330,5 milyon manat məbləğində elektron qaimə-faktura təqdim olunub.

Nəticədə bu əməliyyatlarda vergi ödəyicisi üzrə 22 %, elektron qaimə-faktura sayı üzrə 21 %, elektron qaimə-faktura məbləği üzrə isə 16 % azalma olub.

İdxal-ixrac əməliyyatları zamanı üstünlük əldə etmək məqsədilə müxtəlif yayınma sxemlərinin iştirakçısı olmaqla riskli əməliyyatlar aparan vergi ödəyiciləri barədə aparılan araşdırmalar nəticəsində Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları"na əsasən 37 vergi ödəyicisinin riskli hesab edilməsi barədə qərar çıxarılıb.

Bundan əlavə digər strukturlardan daxil olmuş riskli əməliyyatlar aparması ehtimal olunan 1 670 vergi ödəyicisinin fəaliyyətinə münasibət bildirilib, onlardan 1 572-si Nazirlər Kabinetinin meyarlarına əsasən riskli hesab edilmiş və barələrində qərar çıxarılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)