Aqrar

Qarabağda 115 milyon dollarlıq suvarma kanalı tikiləcək

Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisinə başlanılacaq.

Bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, layihə çərçivəsində Cəbrayıl və Füzuli rayonlarında 8400 ha ərazinin suvarma sistemi ilə təchiz edilməsi və Mil-Muğan İqtisadi Rayonunun 252 min ha kənd təsərrüfatı sahəsinin suvarılma sisteminin təkmilləşdirilməsi məqsədilə Araz çayı üzərindəki Qız Qalası su anbarı ərazisində uzunluğu 52 km və sukeçirmə qabiliyyəti 50 kubmetr/san. olan magistral kanalın və 213 km uzunluğunda boru kəmərləri sisteminin tikintisi nəzərdə tutulub.

Layihənin ümumi dəyəri 115,18 mln. ABŞ dolları məbləğində müəyyən edilib. Ümumi məbləğin 18,45 mln. ABŞ dolları hissəsini Azərbaycan hökumətinin iştirak payı, 96,48 mln. ABŞ dolları hissəsini kredit vəsaiti, 0,25 mln. ABŞ dolları hissəsini isə qrant vəsaiti təşkil edir.

Layihənin maliyyələşdirilməsində İslam İnkişaf Bankı iştirak edəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)