Keçən il Azərbaycandan Gürcüstana 71 milyon dollar investisiya axıb

2024-cü ildə Azərbaycan Gürcüstana 70,7 milyon ABŞ dollar investisiya qoyub.
Gürcüstanın Milli Statistika İdarəsinin məlumatına görə, bu, 2023-cü illə müqayisədə 21,7 % azdır.
Azərbaycan ötən ilin I rübündə Gürcüstana 12,7 milyon ABŞ dolları (2,4 dəfə çox), II rübündə 23,7 milyon ABŞ dolları (23,4 % çox), III rübündə 12,1 milyon ABŞ dolları (44,7 % az), IV rübündə isə 22,3 milyon ABŞ dolları (49,2 % az) sərmayə yatırıb.
Hesabat dövründə Gürcüstana ən çox investisiya yatıran ölkələr Birləşmiş Krallıq (448,2 milyon ABŞ dolları, 23 % çox), Malta (175,8 milyon ABŞ dolları, 80,5 % çox), Hollandiya (151,7 milyon ABŞ dolları, 60,7 % az) və ABŞ (98,3 milyon ABŞ dolları, 46 % az) olub.