Statuslar

"Problemli kreditlərin həlli ilə bağlı üçtərəfli mexanizm təklif edirik"

Fevralın 13-də yazdığım statusda CESD-nin apardığı sorğuya əsasən insanları narahat edən əsas məsələlərdən birinin problemli kreditlər olduğunu qeyd etmişdim.

Bu gün keçirlən müşavirədə Azərbaycan Prezidenti vətəndaşları narahat edən məsələlərdən biri də problemli kreditlərlə bağlı olduğunu bildirib. Problemin həlli ilə bağlı dövlət başçısı tərəfindən artıq göstəriş verilib.

Xatırlatmaq istərdim ki, 2015-ci ildən İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) tərəfindən problemli kreditlərin həlli ilə bağlı üçtərəfli mexanizm təklif edir. Əvvəla, bu mexanizmin özəlliyi ondan ibarətdir ki, burada fərqin tərəflər arasında bölüşdürülməsi nəzərdə tutulub. Üçtərəfli mexanizmin mahiyyəti ondan ibarətdir ki, fərq üç tərəf arasında -müştəri, bank və dövlət arasında bölüşdürülsün. Əgər kredit 0,78 manat məzənnəsi ilə götürülübsə, o zaman 10 min dollar 7800 manat idisə, indi 10 min dollarlıq kreditin əsas hissəsi 17 min manatdır. Bunun üstünlüyü ondan ibarətdir ki, hər bir tərəf fərqin üçdə-birini üzərinə götürür.

Digər tərəflər də üçdə ikisini üzərinə götürdüyünə görə heç bir tərəfə ağırlıq düşmür. Dövlət daha az vəsait ayırmaqla və ciddi maliyyə yükü olmadan problemi həll edə bilir.

Banklar gəlir əldə ediblər, güzəşt etmək imkanına malikdirlər və üçdə biri üzərinə götürə bilirlər. Bu halda vətəndaş dollar kreditini 1.70 məzənnəsi ilə deyil 1.06 məzənnəsi ilə ödəyəcək və eləcə də faizlərdə güzəşt təklif edilir. İndiki halda bizim təklif etdiyimiz güzəşt mexanizminin qəbul edilib tətbiq olunmasını daha məqbul hesab edirik.

 

İqtisadçı alim Vüqar Bayramov

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department