Sosial iqtisadiyyat

Azərbaycanda mülki hava limanlarını sertifikatlaşdıracaq qurum müəyyənləşib

Nazirlər Kabineti “Mülki hava limanları və (və ya) aerodromların istismara yararlılıq, aeronaviqasiya təchizatı və təminatı, təhlükəsizlik tələblərinin təminatı baxımından sertifikatlaşdırılması, hava limanlarına və (və ya) aerodromlara uyğunluq sertifikatının alınması, onların dövlət qeydiyyatına alınması Qaydaları”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalarla tənzimlənməyən məsələlər Qanuna, “Beynəlxalq Mülki Aviasiya haqqında” 7 dekabr 1944-cü il tarixli Konvensiyaya və Konvensiyaya 14 nömrəli Əlavəyə – “Aerodromlar” ilə müəyyən edilmiş Beynəlxalq Mülki Aviasiya Təşkilatının beynəlxalq standartlarına və tövsiyə olunan təcrübəsinə, o cümlədən “Doc 9774. Aerodromların sertifikatlaşdırılması üzrə Təlimat”a və “Doc 9981. Aerodromlarda aeronaviqasiya xidmətləri üzrə Prosedurlar”a uyğun həyata keçirilir.

Mülki hava limanları və (və ya) aerodromların sertifikatlaşdırılmasını, eləcə də Qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarəti  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)