MALİYYƏ

Azərbaycan valyuta ehtiyatlarını 8% artırıb

Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 44 522,2 mln. ABŞ dolları təşkil edib.

Bİ.az xəbər verir ki, bunun 87,57%-i və yaxud 38 987,7 mln. dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,43%-i və yaxud 5 534,5 mln. dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 973,4 mln. dollar və yaxud 2,24% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 951,6 mln. dollar və yaxud 2,5%, AMB-nin valyuta ehtiyatlarında isə 21,8 mln. dollar və yaxud 0,4% artım olub.

Son bir ildə isə ölkənin valyuta ehtiyatları 3 334,7 mln. dollar və yaxud 8,1% artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatlarında 2 967,7 mln. dollar və yaxud 8,24%, AMB-nin valyuta ehtiyatlarında isə 367 mln. dollar və yaxud 7,1% artım olub.

  ARDNF-in valyuta ehtiyatları 
(mln. ABŞ dolları)
AMB-nin valyuta ehtiyatları 
(mln. ABŞ dolları)
Azərbaycanın valyuta ehtiyatları 
(mln. ABŞ dolları)
01.10.2018 38 987,7 5 534,5 44 522,2
01.07.2018 38 036,1 5 512,7 43 548,8
01.04.2018 37 631,7 5 508,0 43 139,7
01.01.2018 35 806,5 5 334,6 41 141,1
01.10.2017 36 020,0 5 167,5 41 187,5
Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)