Dövlət Turizm Agentliyində daha bir vəzifəli şəxs işdən çıxarıldı

Dövlət Turizm Agentliyində daha bir vəzifəli şəxs işdən çıxarılıb.
Agentliyin turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov vəzifəsindən uzaqlaşdırılıb.
Bildirilir ki, sözügedən şöbə müdiri də Agentlikdə baş verən son qalmaqal fonunda işini itirib. Belə ki, Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin rəhbəri Fuad Nağıyevə şiddətli töhmət elan edib. Ona işində yol verdiyi nöqsanlara görə şiddətli töhmət verilib.
Hələlik Agentliyin turizm siyasəti və strategiyası şöbəsinə yeni müdir təyin olunmayıb.