Gündəm

İlon Mask supermilyarderlər sıralamasında birinci olub

Amerikalı sahibkar İlon Mask dünyanın müxtəlif ölkələrindən 24 nəfərin daxil olduğu supermilyarderlər siyahısında birinci olub, bu barədə “Altrata”ya istindən “The Wall Street Journal” yazıb.

“Altrata”nın araşdırması göstərir ki, indi dünyada varlıların yeni kateqoriyasının – sərvəti 50 milyard dolları keçən supermilyarderlərin meydana çıxmasından danışmaq olar. Şirkət bu siyahıya dünyanın hər yerindən 24 nəfəri daxil edib. İlk beşliyə daxildir:

  1. “SpaceX”, “Tesla” və “X”in rəhbəri İlon Mask – 419.4 milyard dollar;
  2. “Amazon”un təsisçisi Ceff Bezos – 263.8 milyard dollar;
  3. LVMH-in rəhbəri Bernar Arno – 238.9 milyard dollar;
  4. “Oracle”ın rəhbəri Larri Ellison – 237 milyard dollar;
  5. “Meta”nın baş direktoru Mark Zukerberq – 220.8 milyard dollar.

Qeyd edək ki, 24 supermilyarderin ümumi sərvəti təxminən 3.3 trilyon dollardır ki, bu da Fransanın nominal ÜDM-sinə bərabərdir. “Altrata” vurğulayır ki, 19-cu və 20-ci əsrin əvvəllərində ən varlı insanlar sənayeçilər idi, halbuki indiki supermilyarderlərin əksəriyyəti sərvətlərini texnologiya sənayesində qazanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)