Azərbaycanın sığorta bazarı 18% böyüyüb

2025-ci ilin yanvar ayında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 163 milyon 658 min manat sığorta haqqı toplanılıb ki, bu da illik müqayisədə 18% çoxalıb.
ENA.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 23% çoxalaraq 47 milyon 623 min manat təşkil edib.