Sənaye

“ACWA Power” Xəzərdə külək enerjisi potensialını qiymətləndirir

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti Azərbaycanın külək enerjisi potensialını müəyyən etmək məqsədilə Xəzər dənizində “Offshore Wind” layihəsinin icrasını davam etdirir.

Bunu “ACWA Power”ın Azərbaycan və Türkiyə üzrə direktoru Selim Güven deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində Energetika Nazirliyi və digər tərəfdaşlarla görüşlər keçirilir.

“Şirkət ilkin razılaşmalardan sonra bu sahədə fəaliyyətini genişləndirməyi hədəfləyir,” – deyə S. Güven bildirib.

Hazırda “ACWA Power” şirkəti ilə əməkdaşlıq çərçivəsində, 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikintisi həyata keçirilir. Layihə Abşeron-Xızı ərazisində Pirəkəşkül və Sitalçay yaxınlığında həyata keçirilir.

2023-cü ildə “ACWA Power” ilə əldə edilən razılığa əsasən, dənizdə 1,5 QVt-dək, quruda isə 1 QVt külək stansiyalarının yaradılmasını nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)