"Kapital Bank" işçi axtarır - VAKANSİYA
Kapital Bank namizədləri Risklərin İdarə Edilməsi Departamentinin ERM və Əməliyyat Risklərinin İdarə Edilməsi Şöbəsində Aparıcı mütəxəssis və Baş mütəxəssis vəzifələrinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Öhdəliklər
• Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi metodlarının hazırlanması;
• Əməliyyat risklərinin idarə olunması, minimallaşdırılması və qarşısının alınması ilə bağlı təkliflər vermək;
• Əməliyyat risklərinin idarə edilməsi prosesində risk indikatorlarına dair məlumatların toplanması, təhlillərin həyata keçirilməsi və lazımi hesabatların tərtib olunması üzrə təkliflər verməklə hesabtlığın aparılması;
• Yaradılan yeni məhsul və xidmətlər üzrə potensial əməliyyat risklərinin müəyyən edilməsi və təkliflərin verilməsi;
• Bankın filial və baş ofis struktur bölmələrində aparılan biznes proseslərin qiymətləndirilməsi, risklərin optimallaşdırılması məqsədi ilə monitorinqlərin aparılması və nəticələr əsasında təkliflərin verilməsi;
• Bankda risk mədəniyyətinin yüksəldilməsi istiqamətində aktiv iştirak;
• Bankın struktur bölmələrindən insidentlər barədə məlumatların toplanması və səbəblərinin araşdırılması;
• Audit yoxlaması nəticəsində qeyd edilən məqamların aradan qaldırılması üzrə tədbirlər planının və problemlərin eskalasiyası.
Tələblər
• Maliyyə və ya iqtisadi sahədə ali təhsil;
• Yüksək səviyyədə MS Excel və yaxşı dərəcədə SQL bilikləri;
• Yüksək analitik düşünmə və problem həll etmə qabiliyyəti;
• Komanda tərkibində yüksək işləmə qabliyyəti;
• Əla səviyyədə Azərbaycan, Rus və İngilis dili biliyi;
• Bank sahəsində ən azı 4, Risk və Audit sahəsində 2 illik iş təcrübəsi.
CV-lərinizi, mövzu hissəsində “ERM-Əməliyyat” qeyd etməklə recruitment@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.