Azərbaycan və Qətər mərkəzi banklarının sədrləri arasında görüş olub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “İnkişaf etməkdə olan bazar iqtisadiyyatlarına dair konfrans”da (AlUlaCEME2025) konfransı çərçivəsində Qətər Mərkəzi Bankının sədri Şeyx Bəndər bin Məhəmməd bin Səud Əl-Tani ilə görüşüb.
AMB-dan bildirilib ki, görüş zamanı mərkəzi banklar arasında formalaşmış əməkdaşlıq əlaqələri, eləcə də bu əlaqələrin daha da genişləndirilməsi, məlumat və təcrübə mübadiləsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.