Birja

Rus rublu və Moskva birjasında ralli - BAHALAŞMA

Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Trampın telefon danışığından sonra Rusiya rublu və Moskva birjası (MOEX) dəyər qazanmağa davam edir.

MOEX 6,56 faiz dəyər qazanaraq 3220 bəndin üzərinə yüksəldiyi halda, dollara əsaslanan RTS indeksi də 6,56 faiz artaraq 1079 punktdan yuxarı qalxıb.

Rusiya rublu da dollar qarşısında 2,69 faiz dəyər qazanıb, dollar/rubl pariteti isə 92 səviyyəsindən aşağı düşüb.

Rusiyanın aparıcı şirkətləri arasında “Sberbank”ın səhmləri 0,86 faiz, “Qazprom”un səhmləri 2,9 faiz, “Lukoyl”unki 0,33 faiz, VTB-nin səhmləri 0,1 faiz bahalaşıb.

Listinq şirkətlərinin dəyəri 5,3 milyard dollar artıb
MOEX məlumatlarına görə, birjada listinqdə olan şirkətlərin ümumi bazar dəyəri təxminən 500 milyard rubl (təxminən 5,3 milyard dollar) artıb.

Analitiklər Trampla Putinin dünənki telefon danışığının və Ukrayna müharibəsinin bitməsi ilə bağlı hər iki ölkənin müsbət açıqlamalarının Rusiya bazarlarına müsbət təsir etdiyini bildirirlər.

Tramp Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı-ayrılıqda telefonla danışdığını və Rusiya-Ukrayna müharibəsinə son qoyulması ilə bağlı mühüm müzakirələr apardığını bildirib.

Kreml həmçinin bildirib ki, Putin və Tramp arasında 1,5 saatlıq telefon danışığı olub və iki lider təmasları davam etdirmək qərarına gəliblər.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)