BİZNES

Azərbaycanda investisiya qoyuluşu 50 % azaldı - RƏSMİ RƏQƏMLƏR

Bu ilin yanvar ayında Azərbaycanda əsas kapitala 787 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 50 % az investisiya yönəldilib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 40,5 %, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 54,8 % az olub.

Ötən ay, istifadə olunmuş investisiyanın 504,8 milyon manatı və ya 64,1 %-i məhsul istehsalı sahələrinə, 109,8 milyon manatı (14,0 %-i) xidmət sahələrinə, 172,4 milyon manatı (21,9 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Dövr ərzində əsas kapitala yönəldilmiş investisiyaların 473,8 milyon manatını və ya 60,2 %-ini daxili investisiyalar təşkil edib.

Əsas kapitala yönəldilmiş investisiyaların 566 milyon manatı və ya 71,9 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)