Türkiyənin Sabiha Gökçen aeroportinda uçuşlara məhdudiyyət qoyuldu. AZAL-ın qrafikində dəyişiklik varmı?
![](https://ena.az/uploads/news/2025-02/_ena_b6fd6c938978d323727cad5bf_o.jpg)
Sabiha Gökçen Beynəlxalq Hava Limanında 11 Fevral Çərşənbə axşamı günü uçuşların 5 faizi, 12 Fevral Çərşənbə günü isə yüzdə 10-u ləğv ediləcəyi açıqlanıb.
Sabiha Gökçen Beynəlxalq Hava Limanı Müdirliyi HEAŞ tərəfindən edilən şərhdə, "Meteoroloji Fövqəladə Hallar Komitəsinin qərarı ilə Sabiha Gökçen Hava Limanında gözlənilən əlverişsiz hava şəraiti səbəbiylə 11 Fevralda uçuşların yüzdə 5-i, 12 Fevralda isə yüzdə 10-u ləğv ediləcək. Bütün sərnişinlərə, hava limanlarının ən son vəziyyəti ilə əlaqədar əlaqədar uçuş mərkəzlərinin veb səhifələrini izləməyi tövsiyə edirik".
Qeyd edək ki, milli hava daşıyıcısı AZAL İstanbul və Sabiha Gökçen limanlarına uçur. ENA.az-a AZAL-ın mətbuat xidmətindən bildirib ki, hələki uçuş qrafikində hər hansı dəyişiklik yoxdur.
"Bununla bağlı hər hansı dəyişiklik olarsa məlumat veriləcək", - deyə mətbuat xidmətindən qeyd edilib.