Azərbaycanda yeni BOKT yaradılıb
![](https://ena.az/uploads/news/2025-02/_ena_01fafb8ae4ffa1ac749b1dd0c_o.jpg)
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "For Finance" MMC bank olmayan kredit təşkilatını (BOKT) dövlət qeydiyyatına alıb.
ENA.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, yeni BOKT-un hüquqi ünvanı Abşeron rayonu, Masazır qəsəbəsi, İstiqlaliyyət küçəsi, ev 54,, mənzil 41, nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 1 milyon manat, qanuni təmsilçisi isə Azad Fikrət oğlu Azadovdur.