Ardıcıl 7 gün iş olmayacaq
![](https://ena.az/uploads/news/2025-02/_ena_c212e432c37237b420c755a83_o.jpg)
Mart ayında 8 qeyri-iş günü var.
ENA.az xəbər verir ki, 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimində 8 Mart–Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 30, 31 mart – Ramazan bayramıdır.
Belə ki, 8 Mart–Qadınlar Günü şənbə gününə təsadüf etdiyindən həftənin bazar ertəsi, yəni martın 10-da da (ardıcıl 3 gün) iş olmayacaq.
Martın 20, 21, 22, 23 və 24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günüdür. Martın 22-si şənbə və 23-ü bazar gününə təsadüf etdiyindən ayın 25-də və 26-da da (ardıcıl 7 gün) iş olmayacaq.
Bundan başqa, 30, 31 mart isə Ramazan bayramına təsadüf edir. 30 mart tarixi isə həftənin bazar gününə təsadüf etdiyindən 1 aprel tarixində də qeyri-iş günü olacağı gözlənilir.
Məlumat üçün bildirək ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarı da gözlənilir.