ENA+

ABŞ və Çin razılaşdı

ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, Çinin nümayəndə heyəti ilə danışıqlar zamanı tərəflər valyuta tənzimlənmələri sahəsində tədbirlər barədə razılıq əldə ediblər.

BI” RİA "Novosti"yə istinadən xəbər verir ki, nazir Ağ evdə jurnalistlərə müsahibəsində deyib ki, söhbət valyuta bazarının tənzimlənməsi sahəsində "yekun sazişi"ndən gedir.

O həmçinin əlavə edib ki, tərəflər danışıqlarda "əhəmiyyətli irəliləyiş" əldə ediblər, eləcə də, Çin nümayəndə heyətinin səfəri, planlaşdırıldığından iki gün çox çəkəcək.

Bu bəyanat Vaşinqtonda Çin Dövlət Şurası baş nazirinin müavini Lü Henin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşün sonunda edilib.

Danışıqlar ticarətə həsr olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)