BP Azərbaycanda investisiya imkanlarını genişləndirməyi planlaşdırır
BP şirkəti Xəzərin Azərbaycan sektoruna investisiyaların artırılması imkanlarını nəzərdən keçirir.
Bu barədə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda quyular üzrə vitse-prezidenti Rassel Morris Bakıda keçirilən “IADC Drilling Caspian 2025” sərgi-konfransında bildirib.
"Biz Xəzər dənizində layihələri yüksək iş tempi saxlanılmaqla fəal şəkildə inkişaf etdirməyə davam edirik. Hazırda AÇG yataqlar blokundan hasilatın təbii azalması müşahidə olunur, "Şahdəniz"in gücləri isə tam işə salınıb. Biz həmçinin yeni layihələrə başlamağı planlaşdırırıq ki, bu da Azərbaycanın Xəzər regionuna investisiya imkanlarını genişləndirməyimizə imkan verəcək", - o bildirib.