BİZNES

Azərbaycanlı gənc xarici şirkətdə yüksək vəzifəyə təyin olundu

Azərbaycanlı gənc Elnur Əliyev Sinqapur mərkəzli “Franklin Offshore International” şirkətində region üzrə direktor vəzifəsinə təyin olunub. O, bu vəzifəyə təyin edilməklə yanaşı, holdinqin müşahidə şurasında da mövqeyə sahib olub.

Xatırladaq ki, “Franklin Offshore” şirkəti 1984-cü ildə yaranıb. Şirkət dəniz və okeanlarda aparılan tikinti və mühəndislik xidmətləri üzrə dünyada aparıcı olan müəssisələrdən biridir. Şirkətin əsas istiqamətlərindən biri də gəmilərin tikintisi və təmiri xidmətləridir.

E/Əliyev 2011-2015-ci illərdə Prezident Yanında Dövlət İdarəçilik Akademiyasını Hüquqşünaslıq və İdarəetmə ixtisası üzrə bakalavr dərəcəsini yüksək nəticələrlə başa vurub. Daha sonra isə Birləşmiş Krallıqda yerləşən “University of Edinburgh” universitetində magistr təhsili alıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)