Ukrayna pilotsuz təyyarələri hücuma keçib. Doqquz hava limanında məhdudiyyətlər qoyulub, üçü bağlanıb
Vladiqafqaz, Qroznı və Mahaçqala hava limanlarında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bu barədə “Rosaviasiya” məlumat yayıb.
Volqoqrad vilayətində Ukraynaya məxsus pilotsuz uçuş aparatları fevralın 3-nə keçən gecə yanğın baş verən neft emalı zavodunun ərazisinə hücum edib, regionun qubernatoru Andrey Boçarov bildirib.
Onun sözlərinə görə, neft emalı zavodunun ərazisindəki “lokal yanğınlar” tez bir zamanda lokallaşdırılıb. Hücum nəticəsində itki olmayıb. “Elektrik şəbəkəsində də qısamüddətli gərginlik enmələri olub. "Volqoqrad şəhəri və ona bitişik bələdiyyələr elektrik enerjisi ilə tam təmin olunub", - Boçarov yazıb.
Telegram kanalının məlumatına görə, Volqoqradda hücuma məruz qalan neft emalı zavodu “Lukoyl”a məxsusdur. Hücumdan sonra bir neçə bölgədə elektrik enerjisi kəsilib.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, gecə ərzində bölgələr üzərində 70 Ukrayna pilotsuz uçan aparatı tutularaq məhv edilib: 27-si Rostov vilayəti, 25-i Volqoqrad vilayəti, 7-si Həştərxan vilayəti, 5-i Voronej vilayəti, 4-ü Belqorod vilayəti və ikisi Kursk vilayəti üzərində.
Rostov vilayətinin başçısı Yuri Slyusar bəyan edib ki, ilkin məlumata görə, hücum nəticəsində tələfat və dağıntı yoxdur. Həştərxan vilayətində, qubernator İqor Babuşkinin sözlərinə görə, dronlar bölgədə yerləşən yanacaq-energetika komplekslərinə də hücum etməyə cəhd ediblər. Pilotsuz təyyarələr Həştərxan yaxınlığındakı qaz emalı zavoduna hücum edib.
Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi bildirib ki, həmçinin gecə saatlarında altı hava limanında təyyarələrin gəlişi və gedişi ilə bağlı müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Məhdudiyyətlər Həştərxan, Volqoqrad, Kazan, Nijnekamsk, Saratov və Ulyanovsk hava limanlarına şamil edilib. Səhərə qədər bu məhdudiyyətlər aradan qaldırılıb. Lakin sonra daha üç hava limanı müvəqqəti bağlanıb: Vladiqafqaz, Qroznı və Mahaçqalada.